Rus qırıcısının vurulmasına dair diplomatik görüşlər keçirilir

Türkiyə hava məkanını pozan təyyarənin vurulması ilə əlaqədar diplomatik görüşlərini davam etdirir.

421898
Rus qırıcısının vurulmasına dair diplomatik görüşlər keçirilir

Türkiyənin Baş naziri Əhməd Davudoğlu bu istiqamətdə İngiltərə Baş Naziri David Kameron, Almaniya Kansleri Angela Merkel və NATO Baş Katibi Jens Stoltenberq ilə telefonla danışdı.

Baş nazir Davudoğlu Kameron ilə görüşündə Birləşmiş Millətlər Təşkilatı və NATO-ya ətraflı olaraq məlumat veriləcəyini dedi.

Davudoğlu Almaniya Kansleri Merkelə də zəng edərək vurulan təyyarə ilə bağlı təfərrüatları bölüşdü.

Angela Merkel və Devid Kameron məlumatlara görə Davudoğluna təşəkkür etdilər və liderlər 29 noyabrda Brüsseldə keçiriləcək Türkiyə - Aİ sammitində görüşməyə qərar verdilər.

Baş nazir Davudoğlu NATO Baş Katibi Stoltenberq ilə də Türkiyəyə məxsus hava məkanını pozan döyüş təyyarəsinin vurulması barədə fikir mübadiləsi etdi.

Görüşdə Stoltenberq Türkiyənin təhlükəsizliyinə dair NATO nəzdində aparılan işlər haqqında məlumat verdi.

Məsələnin yaxın günlərdə Brüsseldə keçiriləcək NATO Xarici İşlər Nazirləri toplantısında müzakirə olunacağı da ifadə edildi.

Bu arada, NATO daimi nümayəndəliklərinin səfirləri, Türkiyənin dəvətilə növbədənkənar toplandı.

İclasda Türkiyə heyəti təyyarənin vurulmasına dair məlumatları açıqladı.

Təxminən 1 saat davam edən toplantından sonra səfirlər Türkiyəni təmkinli olmağa dəvət etdilər.

NATO Rus qırıcısının Türkiyəyə məxsus hava məkanını pozduğunu açıqladı.

Avropa İtttifaqı da sakit olmağa dəvət etdi.

Avropa Şurasının Sədri Donald Tusk sosial media hesabından yaydığı mesajda: " Rus təyyarəsinin vurulmasından sonra təhlükəli bir prosesdən keçirik. Bu dövrdə hər kəs soyuqqanlı olmalıdır" dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr