Tanju Bilgiç rəsmi görüşlərdən bəhs edib

Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç həftəlik mətbuatı məlumatlandırma konfransında gündəmlə bağlı çıxış edib.

317992
Tanju Bilgiç rəsmi görüşlərdən bəhs edib

  Bu gün İstanbulda olan Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovla dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın görüşəcəyini xatırladan Bilgiç Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun da türkmən heyətdə yer alan həmkarı ilə görüşəcəyini söyləyib.

  Çavuşoğlunun İran Xarici İşlər naziri Cavad Zəriflə çərşənbə axşamı günü Ankarada görüşəcəyini deyən Tanju Bilgiç Zərif-Çavuşoğlu görüşündə ikitərəfli və regional mövzulara toxunulacağını dilə gətirib. Tanju Bilgiç Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin Qıbrız Özəl müşaviri Espen Barth Eidenin də bir həftəyə Türkiyədə olacağını məlumat verib.

  Sualları da cavablandıran Bilgiç ABŞ prezidenti Barak Obamanın Türkiyənin PKK-ya qarşı özünümüdafiə haqqı olduğunu dediyini diqqətə çatdırıb və Türkiyənin terrorun hər cür növünə qarşı mübarizəyə davam edəcəyini deyib.

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr