"Fәaliyyәtlәrimiz eyni sürәt vә әzmlә davam edәcәk": Davudoğlu

Baş nazir Əhməd Davudoğlu, Türkiyənin 13 il әrzindәki inkişaf vә әldә etdiyi mövqeyinin daimi olması uğrunda lazımlı addımları atmaqda davam edәcәklәrini qeyd edib.

311981
"Fәaliyyәtlәrimiz eyni sürәt vә әzmlә davam edәcәk": Davudoğlu

İstanbulda Birlik Vəqfinin iftar yemәyinә qatılan Baş nazir Davudoğlu, burada etdiyi çıxışında 7 iyun seçkilərinə toxunub vә seçki nəticələrinə hörmətlә yanaşdıqlarını, əllərindən gələn sәyi edәcәklәrini bildirib. “Әzm vә qәrarlılığımız indәn sonra da davam edәcәk. Bəziləri Türkiyənin önümüzdəki dövrdə durgunlaşacağını məzlumlara kömәyin azalacağını düşünә bilәrlәr. Lakin hәr kәs bunu bilmәlidir ki, daha böyük əzm vә qətiyyətlə yolumuza davam edәcәyik”.
Dünya Qaçqınlar Günündə kәdәr vә qüruru birlikdә yaşadığını ifadә edәn Baş nazir, Türkiyənin ən çox qaçqına ev sahibliyi etdiyi ölkə olduğunu xatırladaraq, "Bütün millətim adına daha bir dәfә deyirəm ki, Anadolu torpaqları onlara da qucaq açar, onları da bağrına basar, onlara da şəfqətini göstərir” deyә vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr