30 nəfərlik marşrut-təyyarələr gəlir

Marşrut - mikroavtobus kimi çalışacaq 30-35 nəfərlik regional milli təyyarələr gəlir.

289756
30 nəfərlik marşrut-təyyarələr gəlir

  Fırfıralı (pərvanəli) olacaq təyyarələr sərnişin sayı tamamlanınca dolmuş kimi qalxıb gedəcək.

  Dövlət Hava Meydanları İdarəsinin (DHMİ) baş direktoru Serdar Hüseyn Yıldırım regional uçuşları həyata keçirəcək bu təyyarələrin əhəmiyyətinə toxunub və onların 30-35 nəfərlik olmasını ideal hesab edib.

  Yıldırım deyib: "70 və ya 100 nəfərlik təyyarələrlə çox pul qazanmaq mümkün deyil. Amma 30-35 nəfərlik təyyarələr, xüsusən də pərvanəli olunca ehtiyacı təmin edir. Bu iş Türkiyə aviasiyasının inkişafına dəstəkdir. Hər kəs mikroavtobusa mindiyi kimi bu təyyarələrə də minəcək və istədiyi yerə çox rahatlıqla gedib çıxa bələcək".

  Serdar Yıldırım regional təyyarələrin xidmətə girməsiylə bilet qiymətlərinin da düşəcəyini söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr