Volkan Bozkır: "Kıbrıs probleminin həll olunma vaxtı çatıb"

Nazir, Türkiyənin ticarət həcminin iki qat artacağını da söyləyib

273251
Volkan Bozkır: "Kıbrıs probleminin həll olunma vaxtı çatıb"

Avropa İttifaqı işləri üzrə nazir Volkan Bozkır, Kıbrıs problemi mövzusunda danışıb.
“Kıbrıs probleminin həll edilmə vaxtı çatıb” deyən Bozkır, problemin, sentyabr ayına qədər həll olunacağını bildirib.
Telekanallardan birində sualları cavablandıran Bozkır, Gömrük Birliyi müqaviləsində aparılan dəyişiklərlə Türkiyənin ticarət həcminin iki qat artacağını da söyləyib.
Türkiyənin Avropa İttifaqı prosesindən də danışan nazir “Avropa İttifaqında gənc və çalışqan əhalisi olan, iqtisadi olaraq bütün Avropa ölkələri içində daha çox inkişafa nail olan, güclü bir ordusu olan, enerji təhlükəsizliyi baxımından bu qədər əhəmiyyətli olan Türkiyəni üzvlüyə qəbul etməyə bilməzlər” deyə bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr