Müqəddəs Doğum Həftəsi

Türkiyə, Müqəddəs Doğum həftəsinin həyəcanını yaşayır.

234430
Müqəddəs Doğum Həftəsi

Türkiyə, Müqəddəs Doğum həftəsinin həyəcanını yaşayır.
Diyanət İşləri Rәhbәrliyinin Müqəddəs Doğum Həftəsi səbəbiylə İstanbul Konqres Mərkəzində təşkil etdiyi tәdbirә dövlət rәsmilәri qatılıb.
Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu və CHP-nın lideri Kamal Kılıçdaroğlu, "Həzrəti Peyğəmbər və Birlikdə Yaşama əxlaqı" mövzulu tәdbirdә bir araya gәlib.
Tәdbirdә çıxış edәn prezident Ərdoğan, islamın adını istifadə edәn terror təşkilatlarının İslam dininin düşmәnlәrindәn daha çox zərər verdiyini ifadә edәrәk "Məzhəbçilik İslam dünyasını paramparça edir" deyib.
İslam Dünyasında yaşanan gәrginliyә diqqət çəkən Ərdoğan, İraq, Suriya, Fələstin və Yəməndə cәrәyan edәn proseslәri buna nümunә göstərib və bunun yalnız məzhəb fərqliliyindәn qaynaqlandığını qeyd edib.
Prezident, "Bizim Sünnilik, şiə deyə bir dinimiz yoxdur. Bizim tək dinimiz vardır bu da İslamdır, bu dәrk etmәliyik " deyә vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr