TBMM sədri Cәmil Çiçək Vaşinqtonda

1915 hadisələrinin әtraflı şәkildә ictimaiyyәtin diqqәtinә çatdırılmasını ən çox Türkiyənin istəyir.

280876
TBMM sədri   Cәmil Çiçək Vaşinqtonda

TBMM-nin sədri Cəmil Çiçək ABŞ-ın paytaxtı Wastingtona sәfәri çәrçivәsindә Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən təşkil edilən "21-ci əsrdə Türkiyə ABŞ əlaqələri” mövzulu konfransa qatılıb. Cәmil Çiçək tәdbirdә etdiyi çıxışında ikitərəfli əlaqələrdən, 1915 hadisələrinə vә terror tәşkilatı DAİŞ-ә qәdәr bir çox mövzuya toxunub.
Çiçək, Türkiyə-ABŞ əlaqələriylə bağlı deyib: " Hәm Türkiyə hәm dә ABŞ ortaq məqsəd və ideallarıni fərqli yollarla da olsa təsirli şəkildə müdafiə edәn, hər mövzuda hәmfikir olmasalar belә әhәmiyyәtli məsələlərin həllində ortaq məxrəcdə bir araya gәlәn və beynəlxalq nizama faydalı olma istedadına sahib iki yaxın müttəfiqdir”.
1915 hadisələrinin әtraflı şәkildә ictimaiyyәtin diqqәtinә çatdırılmasını ən çox Türkiyənin istədiyini ifadә edәn Cәmil Çiçәk, rәsmi Ankaranın Ermənistanla əlaqələrin normallaşması istiqamətindəki iradəsində heç bir dəyişiklik olmadığını, ancaq Ermənistanın 24 Aprelə qәdәr davam edәn proses çәrçivәsindә Türkiyә tәrәfindәn atılan bütün yaxşı niyyətli addımlara biganә qaldığını, bununla da kifayәnlәnmәyәrәk 1915 hadisələrinin ildönümündә Türkiyə əleyhdarı addımlar atmağa başladığını vurğulayıb.
Suriyadakı vәziyyәtin daha dәhşәtli ölçülәrә çatdığını xatırladan TBMM sədri Çiçək, "DAİŞ-ә qarşı mübarizә Suriyada yenidən sabitliyin bәrpasından asılıdır. Əsəd rejimi davam etdiyi müddәtcә tarixin ən tәhlükәli terror təşkilatı olan DAİŞ-in mәhv edilmәsi mümkün deyil. Türkiyə DAİŞ-in təsirli olduğu coğrafya ilә min 300 kilometr sərhədi olan bir ölkәdir. Bu səbəblə dә tәşkilat әn çox Türkiyə üçün təhdid hesab edilir. Buna görә dә terror təşkilatı olaraq gördüyü DAİŞ-ә qarşı mübarizə üçün beynəlxalq koalisiyaya güclü dəstək verir. Suriya və İraqda 80-dən çox ölkədən gələn 20 minә qәdәr DAİŞ mәnsubu vardır. Türkiyə öz imkanları və informasiya mənbələrinin yardımı ilә bu günә qәdәr 12 min 550 adamın Türkiyəyə girişini qadağan edib” deyә TBMM sәdri Cәmil Çiçәk bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr