"Həsrətlə gözlədiyimiz bir çağırışdı"

Tәrk silah çağırışı yüksәk qiymәtlәndirilib.

242366
"Həsrətlə gözlədiyimiz bir çağırışdı"

Prezident Rəcəb Tayyib Ərdoğan, terror təşkilatı PKK-nın tәrk silah etmәsinә dair çağırışı 'həsrətlə gözlədiyimiz bir çağırışdır. Buna nә qәdәr әmәl edilәcәyini hamımız müşahidә edәcәyik” deyәrәk xarekterizә edib.
Prezident Rәcәb Tayyıb Ərdoğan, Birləşmiş Ərəb Əmirliklərinə səyahəti əvvəli Atatürk haval limanında jurnalistlәrin suallarını cavablandırıb.
Prezident Ərdoğan: 'Tәrk silah edәcәk olan təşkilat mənsublarıdır. Təhlükəsizlik qüvvәlәrindәn belə bir şey gözlәmәk, әsgərdәn, polisdәn tәrk silah etmәsini istәmәk axmaqlıq olar.
Baş nazir Əhməd Davudoğlu da, Ankarada qatıldığı bir tәdbirdә "Daha bu әrazilәrdә heç kәs silah diliylə danışmamalıdır. PKK-ya bu gün tәrk silah etmәsi haqda edilәn çağırışa nә qәdәr әmәl edildiyini yaxından izlәyәcәyik deyә vurğulayıb.
Həll prosesini daha millətin, bütün vətəndaşların sahibləndiyi bir proses olduğunu deyәn Baş Nazir Davudoğlu qarşıdakı dövrdә bu sahәdә daha güclü addımların atılacağına inam ifadә edib. Baş nazirin sözlәrdinә görә Türkiyədə şiddətin, silahın dili sona çatacaq, demokratik siyasətin önü açılacaq.

Ana muhelefәt partiyası CHP-nin başçısı Kamal Kılıçdaroğlu da PKK-ya tәrk silah etmәsi haqqında edilәn çağırışı bu torpaqlarda əmin-amanlığın hökm sürmәsi yolunda atılan bir addım olaraq dәyәrlәndirib.
Avropa İttifaqı da tәrk silah çağırışına gülü dәstәk verib.
İttifaqın xarici işlər üzrә ali nümayəndəsi Federica Mogherininin mətbuat xidmәtindәn verilәn açıqlamada, PKK-ya istiqamətli çağırışın yüksәk qiymәtlәndirildiyi bildirilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr