Liviyada gәrginlik davam edir

Türkiyә liviyadakı gәrginliyin sona çatması uğrunda sәy edir.

196776
 Liviyada  gәrginlik davam edir

Türkiyə, Liviyada baş verәn daxili gәrginliyin sona çatdırılması uğrunda bölgə ölkələriylә danışıqlar aparır.
Әdalәt vә inkişaf partiyasının Ankara Millət vəkili Әmrullah İşlər prezident və hökumətin xüsusi nümayəndəsi kimi getdiyi Əl-cəzairdəki görüşlәrdәn sonra mətbuat konfransı təşkil edib.
Әmrullah İşlərin sözlәrinә görә, Әl-Cəzairә sәfәri çәrçivәsindә bir araya gәldiyi rәsmilәr Libyadaki gәrginliyin sona çatdırılması mövzusunda Türkiyə ilə hәmfikirdilәr.
Türkiyənin, BMT-nin başçılığında Liviyada dialoq uğrunda edilәn sәylәrә dәstәk verdiyini ifadә idәn Әmrullah İşlər, "Liviyadaki gәrginlik beynəlxalq cəmiyyətin dəstəyiylә yenə Liviyalılar tәrәfindәn sona çatdırılacaq. Türkiyə Liviyada bir milli hәmrәylik hökuməti qurulmasını arzulayır" deyә vurğulayıb. İşlәr bildirib ki, Liviyaya xarici müdaxilә gәrginliyin artmasına sәbәb olar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr