"Türkiyǝ, bu tǝhlükǝyǝ uzun müddǝtdir diqqǝt çǝkirdi"

Milli tǝhsil naziri Nabi Avcı, Avropadakı irqçi yanaşmaları sǝrt dillǝ qınayıb.

173997
"Türkiyǝ, bu tǝhlükǝyǝ uzun müddǝtdir diqqǝt çǝkirdi"

Milli tǝhsil naziri Nabi Avcı, Avropadakı irqçi yanaşmaları sǝrt dillǝ qınayıb.
“Almaniyada mǝktǝb divarlarına Türklǝrǝ qarşı hǝqarǝt edǝn irqçi ifadǝlǝrin yazılmasını sǝrt şǝkildǝ qınayırıq” deyǝ bildirǝn nazir deyib ki, bu tǝhlükǝyǝ uzun müddǝtdir Türkiyǝ olaraq diqqǝt çǝkirdik.
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğanın Baş nazirliyi zamanı, “Mǝdǝniyyǝtlǝr İttifaqı” layihǝsinin hǝmsǝdri olduğunu xatırladan nazir, bu layihǝnin mǝqsǝdlǝrindǝn birinin dǝ Avropada vǝ bütün dünyada irqçilik vǝ nifrǝt ǝhatǝ edǝn yanaşmaların qarşısının alınmasına dair fǝaliyyǝtlǝr aparmaq olduğunu qeyd edib.
Milli tǝhsil naziri Nabi Avcı, Avropada çoxlu sayda siyasǝtçinin Türkiyǝnin çağırışlarına qulaq asmadığını sözlǝrinǝ ǝlavǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr