Gül, vida ziyarətlərini davam etdirir

Avqust ayının 28-i səlahiyyət müddəti sona çatan Gül, bu gün məhkəmə sədrlərinə vida edir.

80409
Gül, vida ziyarətlərini davam etdirir

Cümhurbaşqanı Abdullah Gül, vida ziyarətlərini davam etdirir
Avqust ayının 28-i səlahiyyət müddəti sona çatan Gül, bu gün məhkəmə sədrlərinə vida edir.
Cümhurbaşqanı Gül, ilk olaraq Konstitusiya Məhkəməsinin Sədri Haşim Kılıcı ziyarət edib. Cümhurbaşqanı digər Ali məhkəmə sədrləri və Ali Hərbi Şura üzvləriylə isə axşam yeməyində bir araya gələcək.
Baş Qərargah Rəisi General Necdət Özeli isə avqustun 7-si ziyarət etməsi planlaşdırılan Cümhurbaşqanı Gül, Türkiyə Böyük Millət Məclisində olan siyasi partiyaların başçıları ilə də ayrı-ayrı görüşəcək.
Digər tərəfdən, Abdullah Gül, 12 və 19 avqustda Çankaya Köşkündə iki vida ziyafəti verəcək.
Siyasi liderlərin dəvət ediləcəyi ilk ziyafətdən sonra keçiriləcək ikinci qəbula, iş adamları, sənətçilər, yazıçılar, jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr