İsrail Qәzzada ölәnәsgәrin qisasını almaqda davam edir

İsrail, Qəzza Zolağında oğurlandığı tәxmin edilәn əsgərin öldüyünü açıqlayıb.

77596
İsrail Qәzzada ölәnәsgәrin qisasını almaqda davam edir

İsrail, Qəzza Zolağında oğurlandığı tәxmin edilәn əsgərin öldüyünü açıqlayıb. İtkin əsgərin ölənlər arasında olub olmadığını müәyyәn etmәk üçün mütəxəssislərdən ibarət xüsusi bir heyәt yaradan İsrailli, əsgərin ailəsinə bir heyət göndərərək, onun DNT araşdırmaları nәticәsindә Rifah yaxınında bir tuneldə İzzeddin Əl Qəssam tәşkilatı tәrәfindәn hәyata keçirilәn intihar hücumunda öldüyünü bildirib.
Əsgərin öldüyü aşkarlandıqdan sonra, İsrail quru qoşunlarının bir hissәsi Qəzza Zolağından ayrılıb. Ancaq əməliyyatlara tək tərəfli son qoyacağına dair başqa bir әlamәt yoxdur. Əksinə Baş nazir Benyamin Netanyahu, Qəzzadakı bütün tunellər məhv edilənə qədər əməliyyatların sürəcəyini açıqlayıb. Raket hücumlarını davam etdirən Həması mәhv edәcәklәrini irәli sürüb.
Digәr tәrәfdәn İsrailin gecәni sәhәrә qәdәr davam edәn hücumları nәticәsindә daha 7 Fələstinli hәyatını itirib. Belәliklә, İsrailin təşkil etdiyi hücumlarda ölən fələstinlilərin sayı 1700-ü ötüb.
Әldә edilәn mәlumata әsasәn, bombardman sәbәbindәn dağıntıların altındakı cəsədləri çıxarma işi çәtinliklә aparıldığı üçün cürümәyә başlayıblar.
BMT rәsmilәrinin mәlumatına görә İsrail ordusunun hücumları davam etdiyi üçün Qəzzada klinikaların yarısı bağlanıb. Xidmәt çatdıran xəstəxanalarda isә zәruri ehtiyacı qarşılamaqda çәtinlik çәkirlәr.
Qəzzadan İsrailə raket salıdırları da davam edir. Ötәn gün İsrailə atılan 62 raketdәn 6-sı havada mәhv edilәrkәn 2-si Tәlәviv yaxınına qədər çatıb.
Fələstin rəhbərliyi, Həmas və İslami Cihatdan nümayəndələrin də iştirak etdiyi bir heyəti, atəşkəs mövzusu ilә bağlı danışıqlar aparmaq üzrә Qahirəyə göndərib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr