Mədəniyyətlər Beşiyi Türkiyə 41 / 2014

İç Anadolun bölgəsinin tarixi yerləri

158865
Mədəniyyətlər Beşiyi Türkiyə  41 / 2014

İç Anadoluda bölgəsinin əsas şəhərləri sayılan Ankara, Konya və Nevşehir kimi digər şəhərlər də turizm cəhətdən inkişaf edir. Onlardan Eskişehir, Kırıkkale və Kayseri xüsusilə diqqət çəkir. Bölgənin şərqindən-qərbinə doğru yerləşən Eskişehir – Ankara – Kırıkkale – Yozgat - Kayseri şəhərlərində turizm baxımından geniş imkanlar yaradılıb. Bölgədə quru iqlim hakimdir və bu iqtisadi inkişafa təsir edir. Quru iqlim səbəbilə yaşıllıq azdır.
Eskişehirdə xarixi turistlərin diqqətini çəkən əsas yerlərdən biri Friqiya mədəniyyətinin izlərininin qaldığı ərazidir. Yazılıqaya Friqiya Dərəsinin ərazisini dövlət tərəfindən qorunur. Bundan başqa, Sivrihisar rayonunda yerləşən qədim Pessinus ərazisi də tarixi və dini baxımdan əsas mərkəzlərdən biridir. Qədim Justinianopolis və Satranus ərazisi də belə yerlərdəndir. Seyidqazı rayonunda Bizans, Səlcuqlu və Osmanlıdan qalan tarixi əsərlər yerləşir. Eskişehir şəfalı isti su qaynaqları ilə də məhşurdur. Burada təbiət qoynunda istirahət üçün geniş imkanlar yaradılıb. Sürücülər bulağı, Hasırca, Karataş, Kalabak kəndi və Bademlik ərazisi istirahət üçün ideal yerlərdir.
Kırıkkaledə Het, Friqiya və Roma dövrünün izlərini günümüzdə də görmək mümkündür. Hasandədə rayonunda üzümçülük və şərabçılıq inkişaf etdirilir. Burada tarixi yerləri, məscidləri eləcə də Kimya Sənayesi nəznində işləyən Sənaye Silah Muzeyini ziyarət etmək olar. Burada 14-cü əsrdən qalma silahlar nümayiş olunur. Sulakyurt rayonuna yaxın qədim Kozlu şəhəri və Keskin rayonunda yerləşən qədim Ceritkale Qaya Məzarları digər tarixi yerlərdir. Səlcuqlulardan qalma Çeşnigir Köprüsü Qızılırmak çayı üstündə inşa edilib. Körpü Memar Sinan tərəfindən bərpa olunub.
Adını Roma imperatoru Sezardan alan Kayseri şəhəri də tarixi əsərləri ilə məhşurdur. Şəhər qalası, Huand Xatun Külliyəsi, Arxeologiya və Etnoqrafiya muzeyi, Ulu məscid, Köllük və Qurşunlu məscidləri, Döner gümbəzi, Kültəpədə yerləşən və keçmişdə ticarət mərkəzi olan 4000 illik qədim Het şəhəri Kaneş şəhərin əsas tarixi yerləridir. Burada tapılan yazılı lövhələr Kayseri və Ankara muzeylərində saxlanılır.
Kayseri keçmişdə Səlcuqlu dövlətinin mərkəzi idi. Şəhərdə o dövrə aid çoxlu əsər var. Bunlardan ən məhşuru inşa tarixi dəqiq bilinməyən və Danişmentli Bəyliyindən qalan Ulu məsciddir. Divarındakı kitabədə buranın 1205-ci ildə Muzaferuddin Mahmud bin Yağıbasan tərəfindən bərpa olunduğu yazılıb. Məscidin ən gözəl yeri daş bəzəkləri və cənub divarındakı mehrabıdır. Qərb tərəfindəki çinilərlə bəzədilmiş minarə məscidə xüsusi gözəllik verir.
Danişmentli Bəyliyi tərəfindən inşa etdirilən digər bir tikili də Ulu məscidlə eyni illərdə tikilən Köllük məscididir. Bura Muzaferuddin Mahmudun qızı Atsuz Elti Xatun tərəfindən bərpa elətdirilib. 14-cü əsrdə baş verən zəlzələdən sonra məscid Köllük Şemseddin tərəfindən bir daha bərpa edilib. Bu səbəbdən məscidə xalq arasında “Köllük məscidi” deyilir. Ulu məscid memarlığı əsasında inşa edilən tikilinin çinili mehrabı diqqət çəkir.
13-cü əsrdə inşa edilən bu tikili Kayseridə bilinən tək çinili məsciddir. Düzbucaqlı oyuq içində tikilən mehrab çini mozaikalardən ibarətdir. Burada firuzəyi və bənövşəyi rəngdə palma və rum motivləri görmək mümkündür.
Kayseridə Aladolu Səlcuqlularına aid çoxlu sayda gümbəz var. Onlardan Ələddin Keykubadın xanımına adi Huand Xatun gümbəzini və Döner gümbəzini misal göstərmək olar. Kayseri-Talas yolu üstündə yerləşən Döner gümbəzi zəngin bəzəklərə malikdir. Kəsmə daşdan inşa edilən, 12 bucaqlı məzar abidəsi kvadrat döşəmə üstündədir. Gümbəzin şimal hissəsində dağılmış fiqurlu bəzəklər var. İnsan başlı və qanaqlı pələng fiqurları arasında yerləşən 2 başlı qartal fiqurunun üstündəki 2 sətirlik kitabədə Şah Cihan Xatunun adı yazılıb.
Şəhərin digər tarixi memarlıq abidələri Səlcuqlulara aid Sultan qonaq evi, Bünyan yolu üstündə yerləşən və son illərdə bərpa edilən qədim Qaratay qonaq evi və şəhər mərkəzində yerləşən, məhşur Səlcuqlu vəziri Sahib Atadan yadigar qalan Sahibiyə mədrəsəsidir.
Yozqat şəhəri Het dövlətinin paytaxtı qədim Hattuşa şəhərinə yaxındır. Xarici turistlər əsasən Kerkenez xarabalıqlarını, Büyüknəfəs, Çeşka yeraltı şəhərlərini və Alişar ərazisini ziyarət edir. Şəhərdə Nizamoğlu evi Etnoqrafiya muzeyi və Karslıoğlu Arxeologiya Muzeyi yerləşir. Türk memarlığı əsasında inşa edilən Çağanoğlu və Başçavuş məscidi ən çox ziyarət edilən yerləndəndir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr