38-ci Beynəlxalq Ankara Musiqi Festivalı

Sevda-Cenap And (SCA) Musiqi Fondunun baş katibi Pınar Alpay Yüksel tədbirlə bağlı deyib ...

2121943
38-ci Beynəlxalq Ankara Musiqi Festivalı

 

  38-ci Beynəlxalq Ankara Musiqi Festivalı 12 ölkədən 300 sənətçini bir araya gətirəcək.

  Sevda-Cenap And (SCA) Musiqi Fondunun baş katibi Pınar Alpay Yüksel tədbirlə bağlı deyib: “4-30 aprel tarixləri arasında keçiriləcək festivalın açılışı dirijor Ender Sakpınarın rəhbərliyi ilə Eskişehir Böyükşəhər Bələdiyyəsi Simfonik Orkestri və mükafatlı gənc gitaraçı Özberk Miraç Sarıgülün solistliyilə Cemal Reşit Reyin gitara konserti ilə başlayacaq. Festivalda Yaponiya, Almaniya, Çexiya, Xorvatiya, Rusiya, Macarıstan, Gürcüstan, Norveç, Azərbaycan, Fransa və İtaliyadan simfonik konsertlər, müasir balet, kamera və caz kateqoriyalarında klassik, barokko, rəqs və caz musiqi nümunələri təqdim olunacaq.

  Tədbirdə Türkiyənin də olduğu 12 ölkədən 300-dən çox sənətçi və ansambl iştirak edəcək. Festivalın bağlanış konserti dünyaşöhrətli rusiyalı dirijor Vladimir Fedoseyevin rəhbərliyi ilə Rusiyanın ən tanınmış simfonik orkestrlərindən olan Moskva Çaykovski Simfonik Orkestri ilə olacaq.

  Musiqi tədbirində Yaponiya musiqisinin qabaqcıl ustad sənətçiləri tərəfindən ənənəvi alətlərlə “Delattre Modern Dance Group” tərəfindən "Şir rəqsi"nin müşayiəti ilə əyləncəli Yaponiya nağara və rəqs şousu da təqdim olunacaq.

  Aprelin 23-də Norveçin “Tord Gustavsen Trio” caz qrupu, 27-də isə 6 musiqiçidən ibarət “Spin Jazz Six” konsert verəcək".

  Konsertlərlə bağlı təfərrüatları “www.ankarafestival.com” saytından əldə etmək mümkündür.



Әlaqәli Xәbәrlәr