Türk serialları Venesuelada gənclərin türkcəyə marağını artırıb

Türk serialları və Türkiye-Venesuela əlaqələrinin inkişafı sayəsində Venesuelada yaşayan gənclərin türkcəyə marağı artır.

2105611
Türk serialları Venesuelada gənclərin türkcəyə marağını artırıb

Türk serialları və Türkiye-Venesuela əlaqələrinin inkişafı sayəsində Venesuelada yaşayan gənclərin türkcəyə marağı artır.

Venesuelanın paytaxtı Karakasda ötən il fəaliyyətə başlayan Yunus Əmrə İnstitutunun mədəniyyət mərkəzində açılan onlayn türkcə kurslarına bu il 180 nəfər qeydiyyatdan keçib.

Kursantlardan Yohari Olivares türk dilini Yunus Əmrə İnstitutunda öyrənməyə başladığını bildirib.

Türkiyedə heç vaxt olmadığını deyən Olivares "Türkiyeyə getməmişəm, amma türk seriallarını çox sevirəm. Türkcəyə hər zaman maraq göstərmişəm, öyrənməyi xoşlayıram" deyib. 

Argelia Velasquez də seriala baxdığı və təsirləndiyi üçün türkcə öyrənməyə başladığını bildirib.

Velasquez "Türk seriallarına xalam baxarkən gördüm və çox həzz aldım. Yunus Əmrə İnstitutunun kursunu görəndə başlamaq istədim" deyib.

Carlos Capiello da "Türk mədəniyyəti və türk serialları ilə maraqlanıram. "Diriliş Ertuğrul"a baxdım və çox zövq aldım" deyib.



Әlaqәli Xәbәrlәr