Slovakiyanın Rusiya və Belarusla "görüş və mədəni əməkdaşlıq qadağası" aradan qalxdı

Xatırladaq ki, Slovakiyanın Rusiya və Belarusla "görüş və mədəni əməkdaşlıq qadağası" 2022-ci ilin martında qüvvəyə minmişdi

2091287
Slovakiyanın Rusiya və Belarusla "görüş və mədəni əməkdaşlıq qadağası" aradan qalxdı

 

  Slovakiyanın mədəniyyət naziri Martina Simkoviçova 2022-ci il fevralın 24-dən sonra respublikanın Rusiya Federasiyası və Belarusla mədəniyyət sahəsində əməkdaşlığının dayandırılması barədə sərəncamı ləğv edib. Bu barədə “Pravda” qəzeti məlumat yayıb.

  Xatırladaq ki, Slovakiyanın Rusiya və Belarusla "görüş və mədəni əməkdaşlıq qadağası" 2022-ci ilin martında qüvvəyə minmişdi. Nazirliyin keçmiş rəhbəri Natalya Milanova bu addımını Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləməklə izah etmişdi.

  Hökumətdə Slovakiya Milli Partiyasını təmsil edən hazırkı mədəniyyət naziri Martina Simkoviçova yanvarın 12-də sələfinin sərəncamını ləğv edib.



Әlaqәli Xәbәrlәr