Hadrianopolis antik şəhərində küplərdən sikkələr çıxdı və …

Sözügedən mövzu ilə bağlı E.Çelikbaş bunları söyləyib ...

2083369
Hadrianopolis antik şəhərində küplərdən sikkələr çıxdı və …

 

  Türkiyənin Karabük rayonunun Eskipazar qəsəbəsindəki Hadrianopolis antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı təxminən 1400 ilə aid küplərdə 10 sikkə aşkar edilib.

  Son Kalkolit, Roma və İlk Bizans dövrlərində yaşayış yeri olan antik şəhərdə arxeoloji qazıntı işləri Karabük Universiteti Ədəbiyyat fakültəsi Arxeologiya bölümünün dosenti Ersin Çelikbaşın rəhbərliyi altında aparılır.

  Antik şəhərdə iki hamam, iki kilsə, müdafiə tikilisi, qaya qəbirlər, teatr, tağlı və günbəzli tikili, monumental kult yuvası, divarlar, villalar, digər monumental tikililər və bir sıra kult sahələri aşkar edilib.

  Bu yaxınlarda qazıntılar zamanı üzə çıxarılan küpün içindəki təxminən 1400 il əvvələ aid 10 sikkə “Qazma-3” adlanan tikilinin növü və tarixinə işıq salır.

  Sözügedən mövzu ilə bağlı E.Çelikbaş bunları söyləyib: "Hələ bu tikilinin funksiyasını tam müəyyən etməmişik. Məncə, mətbəx qalıqlarıdır. Mətbəx bölməsində tapdığımız pul qutusu və içərisindəki 10 sikkə bizə binanın istifadəsinin son mərhələsini göstərən sübutdur. Sikkələr II Konstans dövrünə - eramızın 641-666-cı illəri arasına aiddir. Ona görə deyə bilərik ki, bina ən son 7-ci əsrdə istifadə olunub".



Әlaqәli Xәbәrlәr