3200 il əvvəl kəllə sümüyündə beyin əməliyyatı

... Qəbirlərdə tapılan təxminən 400 insan skeletindən 30-da beyin əməliyyatının (trepanasiya) izləri aşkar olunub

2070474
3200 il əvvəl kəllə sümüyündə beyin əməliyyatı
van kazi-iskelet1.jpg
van kazi-iskelet.jpg

 

  Türkiyənin Van şəhərinin Çatak qəsəbəsindəki nekropol (qəbiristanlıq) ərazisində aparılan qazıntılar zamanı üzə çıxarılan 400 skeletdən 30-nun kəllə sümüyündə beyin əməliyyatı izləri ortaya çıxıb.

  3200 il əvvələ aid olduğu güman edilən Kaniya Bekan Nekropolu adlanan ərazidə qazıntı aparan arxeoloqlar divarları daşdan hörülmüş 3 otaq və 4 hörülmüş məzar aşkar ediblər.

  Qəbirlərdə tapılan təxminən 400 insan skeletindən 30-da beyin əməliyyatının (trepanasiya) izləri aşkar olunub.

  Yüzüncü Yıl Universiteti (Van YYU) Arxeologiya kafedrasının dosenti Gulan Ayaz Dəmir dövrünə aid dəfn ənənələrini əks etdirən 7 məzar açdıqlarını söyləyərək deyib: "Çoxlu qəbirlər var ki, içərisində ölülər üçün qablarda yeməklər, küplərdə isə bəzək əşyaları var. Qəbirlərdə insan skeletləri ilə qarışmış it skeletlərinə də rast gəldik. Məzarlığın girişində xırda heyvan skeletləri isə yəqin ki, qurbanlıq ənənəsindən qalır".

  Universitetin Arxeologiya kafedrasının müəllimi, dosent Hakan Yılmaz nekropolda təsbit etdikləri 7 məzarda apardıqları araşdırmalarda təxminən 30 əməliyyat olunmuş kəllə tapdıqlarını bildirib: "Qədim dövrlərdə kəllə əməliyyatlarında oyma, kəsmə, qazma və qaşıma üsullarından istifadə edilirdi. Bu nekropolda hər dörd texnikanın istifadə edildiyini gördük... Bəlkə o zamanlar beyinlə əlaqəli nevroloji xəstəlik və ya epidemiya olub. Əməliyyat olunanların 60 faizi sağalıb. Bu, əməliyyatların çox uğurla aparıldığını göstərir".



Әlaqәli Xәbәrlәr