“TRT World Citizen” Humanitar Film Festivalında mükafata layiq görülən filmlər

Festivalın qaliblərinə mükafatları Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı ilə TRT rəhbərliyi tərəfindən verilib.

2060848
“TRT World Citizen” Humanitar Film Festivalında mükafata layiq görülən filmlər
undefined
altun trt humanitarian film fest..jpg
trt world citizen humanitarian film festivali.jpg

Türkiye Radio Televiziya Qurumu – TRT-nin 5-ci dəfə təşkil etdiyi “TRT World Citizen” Humanitar Film Festivalında  təşkil edilən mərasimdə mükafatlar sahiblərinə təqdim edilib.

Festivalın qaliblərinə mükafatları Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı ilə TRT rəhbərliyi tərəfindən verilib.

Birinci yeri macarıstanlı Akos Kovaçs, ikinci yeri iranlı Alireza Kazemipur, üçüncü yeri isə kosovolu Samir Karahoda qazanıb.

Bundan əlavə, “İqlim məlumatlılığı” və TRT-nin xüsusi mükafatları da təqdim edilib.

TRT-nin xüsusi mükafatı dünyanın qanayan yarası Qəzza üçün verilib. Mükafata fələstinli rejissor Əhməd Salih layiq görülsə də, rejissor mərasimdə iştirak edə bilməyib.

Mərasimdə çıxış edən Kommunikasiya İdarəsinin rəhbəri F.Altun festivalın TRT-nin “Özü sözü insan” anlayışı ilə həyata keçirilən yayım siyasətinin ən mühüm göstəricisi olduğunu vurğulayıb.

F.Altun "Bütün dünyanın iqtisadi böhranlar, epidemiyalar, qıtlıq, iqlim dəyişikliyi və davam edən qarşıdurmalar səbəbiylə son dərəcə kritik həddi keçdiyi bir vaxtda  acı və ümidsizlik eçindəki milyonlarla insana sənətin gücü ilə diqqət çəkən bu festival son dərəcə qiymətlidir" deyib.

Fahrettin Altun Türkiyenin qlobal məsələlərdə insan ölçüsünə böyük önəm verdiyini və bu istiqamətdə TRT-nin töhfəsinin önəmli olduğunu bildirərək TRT rəhbərliyinə təşəkkür edib:

“TRT World Citizen” Humanitar Film Festivalı Türkiyanin bu mövzudakı həssaslığının institusional təzahürlərindən biri kimi görülməlidir”. 

İsrailin Qəzza zolağına hücumlarına toxunan F.Altun İsrailin heç bir qanunu tanımayan qeyri-insani hərəkətlərinin böyük qəddarlıq və sistemli qırğınlara səbəb olduğunu ifadə edərək, “İllərdir “Fələstin problemi” adlı bir problemdən danışılır. Xeyr, problemin adı İsrail problemidir. Təkcə Orta Şərq deyil, təkcə bizim bölgəmiz deyil, təkcə coğrafiyamız deyil, bütün dünya bu problemlə üz-üzədir” deyib.

TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı da “Fəryadları eşidilməyən insanların hekayəsini çatdırmaq məcburiyyətindəyik” deyərək “TRT World Citizen” Humanitar Film Festivalını dünyanın vicdan səsi olan Türkiyedə keçirməkdən və ev sahibliyi etməkdən məmnun olduğunu bildirib. 

Baş direktor Z.Sobacı bildirib ki,  TRT-nin sosial məsuliyyət layihələrini həyata keçirən "TRT World Citizen"in təşəbbüsü ilə cari il Türkiye, İspaniya, Amerika, Fransa, Hindistan, Nigeriya, Qırğızıstan, Pakistan, Macarıstan, Fələstin kimi bir çox fərqli ölkədən 370-dən çox film müraciət edib.

TRT-nin Baş direktoru çıxışında Qəzzada baş verən humanitar faciə və İsrail vəhşiliyinə də toxunaraq, "İsrail oktyabrın 7-dən Qəzza xalqına qarşı kütləvi qırğın törədir. Körpə, uşaq, qadın, xəstə fərqi qoymadan xəstəxanaları, müqəddəs yerləri, məktəbləri, qaçqın düşərgələrini dağıtmaqla insanlığa qarşı cinayət törədir" deyib.



Әlaqәli Xәbәrlәr