Ankarada Azərbaycan Günü keçirildi

Tədbirdə Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, o cümlədən Şirvan Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən proqram nümayiş etdirilib, Azərbaycan mahnıları və milli rəqslər ifa olunub

2035906
Ankarada Azərbaycan Günü keçirildi
Ankara_Azərbaycan Günü_03.jpg

 

  1-10 sentyabr 2023-cü il tarixlərində Türkiyənin paytaxtı Ankarada Etimesqut bələdiyyəsi tərəfindən təşkil edilmiş 25-ci Beynəlxalq Anadolu Günləri Mədəniyyət və İncəsənət Festivalının final günü çərçivəsində Azərbaycanın Türkiyə səfirliyi və Etimesqutla qardaşlaşmış şəhər olan Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Günü keçirilib.

  Tədbirdə Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, o cümlədən Şirvan Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən proqram nümayiş etdirilib, Azərbaycan mahnıları və milli rəqslər ifa olunub.

  Konsert proqramı Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı meydana toplaşmış minlərlə izləyici tərəfindən böyük coşquyla qarşılanıb.

  Festival çərçivəsində səfirlik tərəfindən qurulmuş Azərbaycan stendi gələnlərin böyük marağına səbəb olub. Stendə yaxınlaşanlara Azərbaycan milli şirniyyatları verilib.

  Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şirvanın ictimai xadimləri və geniş tərkibdə mədəniyyət nümayəndələri iştirak ediblər.

  Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Etimesqut bələdiyyə sədri Ənvər Dəmirəl və Şirvan icra hakiminin müavini Aynur Fərzəliyeva qarşılıqlı olaraq bir-birlərinə simvolik xatirə hədiyyələri veriblər.

  Qeyd edək ki, Şirvan rayon nümayəndə heyəti sentyabrın 8-də Türkiyənin Manisa şəhərində olub. Burada Şirvan və Manisa şəhər bələdiyyələri arasında “Qardaşlaşmış şəhər əlaqələrinin qurulması haqqında protokol” imzalanıb.

 



Әlaqәli Xәbәrlәr