29-cu Sarayevo Film Festivalı

TRT-nin ortaq istehsal layihələri də festivalda yer alır

2023725
29-cu Sarayevo Film Festivalı

 

  Avropanın ən nüfuzlu mədəniyyət və incəsənət tədbirlərindən biri olan Sarayevo Film Festivalı 29-cu dəfə öz qapılarını sənətsevərlərə açıb.

  Bosniya Herseqovinanın paytaxtı Sarayevonın Milli Teatrın keçirilən təntənəli açılış mərasimində dünyaşöhrətli rejissor və aktyorlar qırmızı xalçadan keçərək pərəstişkarlarını salamlayıblar.

  Açılışa qonaq qismində qatılan məşhur musiqiçi Bono Voks böyük rəğbətlə qarşılanıb.

  Bir həftə davam edəcək film festivalı “Gələcəyi öp” (Kiss the Future) sənədli filminin nümayişi ilə başlayıb. Film Bosniya müharibəsi zamanı Sarayevo mühasirəsində xalqın mübarizəsindən bəhs edir.

  Festival çərçivəsində kinoya verdiyi böyük töhfəyə görə "Sarayevonun ürəyi" fəxri mükafatı amerikalı rejissor Mark Kazinsə (Cousins) verilib.

  Türkiyə Radio Televiziya Qurumu - TRT rəqəmsal platformasında yayımlanan “Mövlana Cəlaləddin Rumi” serialı da festivala təqdim olunub. Serialın baş rol ifaçılarının qatıldığı qala gecəsində serialın ilk bölümü göstərilib.

  Festivalın əsas müsabiqə seçimində 49 film yarışır.

  TRT-nin ortaq istehsal layihələri də festivalda yer alır. Türk-İslam Ensiklopediyasının 33 ili əhatə edən hekayəsindən bəhs edən “Hər zaman 33 yaşında” sənədli filmi bunlardan biridir.

  Festival çərçivəsində “Work in progress” bölümünə TRT-nin ortaq istehsalı olan “Kanto” filmi təqdim olunub.

  Bir həftə ərzində kinosevərlərə maraqlı anlar yaşadacaq tədbirdə Şərqi Avropa və Balkanlarda son bir ildə istehsal olunan ən yaxşı filmlər nümayiş etdiriləcək.

  Festival avqustun 18-də keçiriləcək mükafatlandırma mərasimi ilə başa çatacaq.

 



Әlaqәli Xәbәrlәr