Türkiyədə ikinci Roma villasının qalıqları tapıldı

Egey Universiteti Klassik Arxeologiya bölümünün müəllimi, professor Gürcan Polat sözügedən mövzu ilə bağlı deyib ...

2021404
Türkiyədə ikinci Roma villasının qalıqları tapıldı

 

  Türkiyənin Balıkesir rayonunun Edremit qəsəbəsində 2001-ci ildən bəri arxeoloji qazıntıların aparıldığı Antandros antik şəhərində ikinci Roma villasının qalıqları tapılıb.

  Egey Universiteti Klassik Arxeologiya bölümünün müəllimi, professor Gürcan Polat sözügedən mövzu ilə bağlı deyib: “22-ci dövr qazıntılar zamanı burada Roma dövrünə aid ikinci villa olduğunu təsbit etdik. Arxeoloji elmi qrupumuz villanın divarını, infrastruktur qalıqlarını, Antandros sikkələrini və bu dövrə aid müxtəlif materiallar tapıb. Daha əvvəl üzə çıxarılan Roma villasının şərqində - yerləşdiyi dağın yamacında da elit səviyyəli bir məhəllə olduğunu düşündük. Fikirləri dəlilə çevirmək üçün yeni bir çalışmaya başladıq və ilkin olaraq bu məlumatları əldə etdik. Görünür, biz əvvəlki Roma villasında olduğu kimi, yenə divar rəsimləri və mozaika ilə bəzədilmiş yeni bir villaya gedib-çatacağıq."



Әlaqәli Xәbәrlәr