UNESCO Venesiyanın dünya irsi siyahısına salınmasını istəyir

UNESCO İtaliyanın Venesiya şəhərinin təhlükədə olan dünya irsi siyahısına salınmasını tövsiyə edib.

2018955
UNESCO Venesiyanın dünya irsi siyahısına salınmasını istəyir

UNESCO İtaliyanın Venesiya şəhərinin təhlükədə olan dünya irsi siyahısına salınmasını tövsiyə edib.

Yayılan məlumata görə, Venesiya iqlim dəyişikliyi, ağır turizm fəaliyyəti, həddindən artıq inkişaf və dəniz səviyyəsinin yüksəlməsi səbəbindən risk altındadır. Məlumatda vurğulanıb ki, məqsəd regionun gələcək üçün daha yaxşı qorunub saxlanmasını təşviq etməkdir.

Tövsiyə qəbul olunmaq üçün sentyabrın sonunda UNESCO-nun Dünya İrs Komitəsinin Ər-Riyadda keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, UNESCO iki il əvvəl də Venesiyanın təhlükədə olan dünya irsi siyahısına salınmasını təklif etmişdi. Lakin İtaliya hökuməti tərəfindən görülən bəzi təcili tədbirlər nəticəsində bu təşəbbüsün qarşısı alınmışdı.

Məlumat üçün qeyd edək ki, hazırda UNESCO-nun dünya irsi siyahısında 55 ərazi vahidi və ya obyekt var.



Әlaqәli Xәbәrlәr