“Heydər Əliyev. Həyatının 100 anı” kitabı İstanbul, Paris və Cenevrədə

“Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində iki dildə çıxan “Heydər Əliyev həyatının 100 anı” kitabıiyulun 12-də İstanbul, sonra isə Paris və Cenevrədə təqdim olunacaq

2009363
“Heydər Əliyev. Həyatının 100 anı” kitabı İstanbul, Paris və Cenevrədə

 

  “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində işıq üzü görmüş “Heydər Əliyev həyatının 100 anı” kitabı (100 moments of Heydar Aliyevs life) iyulun 12-də İstanbul, sonra isə Paris və Cenevrə şəhərlərində geniş ictimaiyyətə təqdim olunacaq. Hər üç təqdimatda dünya ictimaiyyətinin yaxşı tanıdığı ictimai-siyasi xadimlər, rəsmi şəxslər, dövlət adamları, elmi ictimaiyyətin təmsilçiləri, KİV nümayəndələri iştirak və çıxış edəcəklər.

  Ümumilikdə 553 səhifədən ibarət olan “Heydər Əliyev. Həyatının 100 anı” kitabı Azərbaycanın xilaskar oğlunu ümummilli lider zirvəsinə ucaldan real işlərin, gərgin əməyin, yüksək insani keyfiyyətlərini, vətəninə və xalqına bağlılığın ifadəsidir.

  Azərbaycan və ingilis dillərində nadir üslubda nəfis tərtib olunan rəngli kitabın əvvəlində Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev ili elan edilməsi” haqqında prezident sərəncamının mətni yerləşdirilib. Mündəricat, ön söz, giriş və ədəbiyyat siyahısından ibarət nəşrdəki məqalələr və nadir fotolar Heydər Əliyevin xalq, vətən, ölkə və dövlət qarşısındakı misilsiz xidmətlərini göstərir. Kitabdakı materiallar ulu öndərin bəşəri prinsipləri barədə oxucuda real fikir formalaşdırır.

  Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü, “Heydər Əliyev. Həyatının 100 anı” kitabının redaksiya heyətinin sədri, müəllif Emil Nəsirli nəşrin xarici ölkələrdə təqdim olunmasının mühüm ictimai-siyasi əhəmiyyət daşıdığını diqqətə çatdıraraq deyib: “Ulu öndər Heydər Əliyev təxminən yarım əsrlik siyasi hakimiyyətini Azərbaycanın müstəqilliyinə, dövlətçiliyin qorunmasına, vətənin bütövlüyünə bağışlayıb. Odur ki, Heydər Əliyev barədə yazılan hər bir söz Azərbaycanı, Azərbaycan barədə deyilən hər bir söz Heydər Əliyevi tərənnüm edir. Ulu öndərin layiqli davamçısı - prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çoxsahəli inkişaf istiqamətləri barədə də kitabda müfəssəl məlumat verilir”.

  Xatırladaq ki, “Heydər Əliyev. Həyatının 100 anı” kitabının ilk təqdimatı mayın 5-də Bakıda - Azərbaycanda Atatürk Mərkəzində keçirilib. Kitab Azərbaycandan kənarda ilk dəfə Türkiyə Jurnalistlər Birliyinin Mətbuat Muzeyində təqdim olunacaq.



Әlaqәli Xәbәrlәr