İstanbul Musiqi Festivalının açılış konserti olub

İstanbul Musiqi Festivalında 18 fərqli məkanda 25 konsert təqdim olunacaq.

1994258
İstanbul Musiqi Festivalının açılış konserti olub

İstanbul Mədəniyyət və İncəsənət Vəqfi tərəfindən təşkil edilən 51-ci İstanbul Musiqi Festivalının açılış konserti olub.

Atatürk Mədəniyyət Mərkəzində keçirilən açılış konsertində Tekfen Filarmoniya Orkestri və pianoçu Jan Lisiecki eyni səhnəni bölüşüblər.

Konsertdən əvvəl festivalın rəhbəri Efruz Çakırkaya çıxış edərək bildirib ki, festival çərçivəsində 18 fərqli məkanda 25 konsert təqdim olunacaq. Festivalda Türkiye Cümhuriyyətinin 100-cü ildönümünə ithaf olunmuş əsərlərin yer alacağına diqqət çəkən Çakırkaya proqramın zəngin olduğunu söyləyib.

Onun sözlərinə görə, festivalda 8-i dünya, 4-ü isə Türkiye premyerası olmaqla 12 yeni əsər səslənəcək. İyunun17-dək davam edəcək bu musiqi bayramında bir çox nüfuzlu ansambllarla yanaşı, 60-dan çox ifaçı da çıxış edəcək.

Festivalda əməyi olanlara təşəkkürnamələr təqdim olunub.



Әlaqәli Xәbәrlәr