“Oskar” mükafatında ilin ən yaxşıları

95-ci “Oskar” mükafatlarının sahibləri bəlli olub.

1958634
“Oskar” mükafatında ilin ən yaxşıları
lady gaga oscar.jpg
95. oscar odulleri.jpg

Amerikanın Kino Sənəti Akademiyası “Oskar” mükafatı mərasimi keçirilib.

Mərasimdə  rejissor Edvard Bergerin çəkdiyi “Qərb cəbhəsində sakitlikdir” filmi “Ən yaxşı operator işi” mükafatını qazanıb.

Kanadalı rejissor Daniel Roerin “Navalnı” filmi “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb.

“Ən yaxşı qısametrajlı bədii film” mükafatını isə Tom Berkli və Ross Uaytın “İrlandcasın sağollaşma” filmi qazanıb.

Xatırladaq ki, “Oskar”ın təşkilatçıları xüsusi böhran qrupu yaradıblar.

Bu qərar keçən il mükafatlandırma mərasimində aktyor Uill Smitlə bağlı qalmaqaldan sonra verilib.

Mükafatın rəsmi saytına görə mükafat aşağıdakı qaydada təqdim edilib.

İlin ən yaxşı filmi “Everything everywhere all at once” (Hər şey hər yerdə və dərhal) seçilib.

Ən yaxşı rejissor - Dan Kvan, Daniel Şeynert – “Everything everywhere all at once” filminə görə;

Ən yaxşı aktyor - Brendan Freyzer - "The Whale" filminə görə;

Ən yaxşı aktrisa - Mişel Yeoh – “Everything everywhere all at once” filminə görə.

 



Әlaqәli Xәbәrlәr