"Qızıl ayı" və “Gümüş ayı” sahiblərinə verildi

Festivalda 67 ölkədən 283 film nümayiş etdirilib

1951658
"Qızıl ayı" və “Gümüş ayı” sahiblərinə verildi

 

  73-cü Beynəlxalq Berlin Film Festivalında (Berlinale) Fransa rejissoru Nikolas Filiberin (Nicolas Philibert) "Sur l'Adamant" (Sür-l'Adamant) filmi “Ən yaxşı sənədli film” nominasiyası üzrə "Qızıl ayı" mükafatını qazandı.

  Almaniyanın paytaxtı Berlində keçirilən festivalın mükafatları “Berlinale Palast” kinoteatrında mərasimlə sahiblərinə verilib.

  Festivalda 67 ölkədən 283 film nümayiş etdirilib.

  Amerikalı rejissor, aktrisa və ssenari müəllifi Kristen Stüartın (Kristen Stewart) münsiflər heyətinin sədri olduğu festivalda Fransa rejissoru Nikolas Filibertin Parisdəki ruhi xəstəxanadakı gündəlik həyatdan bəhs edən “Sur l'Adamant” filmi “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Qızıl ayı” mükafatına layiq görülüb.

  “Gümüş ayı” mükafatı isə “Ən yaxşı baş rol aktrisası” nominasiyası üzrə "20000 Species of Bees" (20 min arı növü) filminə görə 8 yaşlı qız obrazını canlandıran ispaniyalı Sofiya Oteroya verilib.

  “Ən yaxşı rejissor” nominasiyası üzrə “Gümüş ayı” mükafatını Fransa rejissoru Filip Qarrel (Philippe Garrel) “Le Grand Chariot” (Böyük araba) filminə görə qazanıb.

  “Roter Himmel” filminin rejissoru Kristian Petzold (Christian Petzold) Münsiflər Heyətinin Böyük Mükafatına layiq görülüb.

  Meksikada bir dağ kəndinin həyatından bəhs edən, Tatyana Huezonun rejissorluğu ilə çəkilmiş "The Echo" filmi “Ən yaxşı sənədli film” nominasiyası üzrə 40 min avroluq mükafat qazanıb.

  Qeyd edək ki, fevralın 16-da başlayan 73-cü “Berlinale”də 19 film “Qızıl ayı” mükafatına namizəd olaraq çıxarılmışdı.



Әlaqәli Xәbәrlәr