Türkiyədə ilk dəfə belə bir türbə ortaya çıxdı

Bölgədə Urartu dövrünə aid mühüm strukturların təsbit edildiyini bildirən Çavuşoğlu sözügedən mövzu ilə bağlı deyib...

1933227
Türkiyədə ilk dəfə belə bir türbə ortaya çıxdı
van urartu mezari1.jpg
van urartu mezari.jpg

 

  Türkiyənin Van şəhərinin Erciş qəsəbəsində tanrılara hədiyyələr vermək üçün qayadan oyulmuş libasiya (libation) - dini ayinlərdə nəzir içkisinin içildiyi 3 otaqlı Urartu türbəsi aşkar edilib.

  Van Muzeyinin direktoru Fatih Arap və Van Yüzüncü Yıl Universiteti Ədəbiyyat fakültəsi Arxeologiya kafedrasının rəhbəri, professor Rafet Çavuşoğlu Van gölünün çəkilməsi nəticəsində meydana çıxan ərazidə 3 otaqlı Urartu türbəsi olduğunu müəyyənləşdiriblər. Onlar sümük və keramika parçaları tapılan ərazidə araşdırma aparıblar.

  Bölgədə Urartu dövrünə aid mühüm strukturların təsbit edildiyini bildirən Çavuşoğlu sözügedən mövzu ilə bağlı deyib: “Urartu dövrünə aid klassik dromosla (qəbir girişlərinə verilən ad) girilən türbənin əsas otağının sağında və solunda iki kiçik otaq, ölü üçün hədiyyələrin qoyulduğu 3 yer var. Əhəngdaşı qayalığı içinə açılan məzar otağı urartuların bundan uzun müddət istifadə etdiklərini söyləməyə imkan verir.

  Türbə Urartu memarlığı baxımından əhəmiyyətli tapıntıdır. İlk dəfə belə bir türbə aşkarlayırıq. Bizim üçün maraqlı olan məzarın 3 otaq, girişinin üzərində iki düzbucaqlı şəklində iki açıqlıq və burada libasiyanın olmasıdır."



Әlaqәli Xәbәrlәr