“Rafadan Tayfa Galaktik Tayfa” 2023-cü ilin ən yaxşı açılış filmi olub

"Rafadan Tayfa"nın üçüncü filmi ilk üç gündə 439 min 456 nəfər tərəfindən izlənilib.

1930066
“Rafadan Tayfa Galaktik Tayfa” 2023-cü ilin ən yaxşı açılış filmi olub

"Rafadan Tayfa"nın üçüncü filmi ilk üç gündə 439 min 456 nəfər tərəfindən izlənilib.

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) verdiyi açıqlamaya görə, TRT-nin birgə istehsalı olan “Rafadan Tayfa Galaktik Tayfa” 2023-cü ilin ən yaxşı açılış filmi və ən yaxşı açılış animasiya filmi seçilib.

İsmail Fidanın rejissoru olduğu və musiqilərini hazırladığı, ssenarisini Ozan Çivitin qələmə aldığı film kiçiklərlə yanaşı böyüklərin də marağına səbəb olub.

"TRT Çocuk" telekanalının sevilən qəhrəmanlarının macəralarından bəhs edən filmdə Hayri, Kamil, Sevim, Hale, Akın və Mertin yer üzündə qapalı qalan yadplanetli dostlarını kosmos gəmisinə daşımağa cəhd edərkən yaşadıqları nümayiş etdirilir. 

Türkiyenin 81 şəhərində 692 kinoteatrda nümayiş etdirilən film yanvarın 5-dən etibarən Almaniya, Avstriya, Belçika, Hollandiya, Danimarka, Böyük Britaniya, İsveçrə, Fransa və Azərbaycanda kinosevərlərlə görüşüb.



Әlaqәli Xәbәrlәr