Türkiyenin Aydın şəhərində 2350 illik kurqan aşkar edilib

Türkiyenin Aydın vilayətinin Kuşadası rayonunda aparılan səth tədqiqatları zamanı 2350 illik kurqan aşkar edilib.

1927317
Türkiyenin Aydın şəhərində 2350 illik kurqan aşkar edilib

Türkiyenin Aydın vilayətinin Kuşadası rayonunda aparılan səth tədqiqatları zamanı 2350 illik kurqan aşkar edilib.

Aydın vilayəti Mədəniyyət və Turizm Müdiri Umut Tuncer və Aydın Adnan Menderes Universiteti (ADU) Klassik Arxeologiya kafedrasının dosenti doktor Aydın Erön araşdırmaların aparıldığı Kuştur mahalında açıqlama verib.

Erön mövcudluğu 1950-ci illərdən bəri məlum olan, lakin zamanla üzəri örtülmüş kurqanın yerini aşkar etdiklərini və üzə çıxardıqlarını bildirib.

Diametri 23 metr olan dairəvi sahədə kurqanın demək olar ki, ilk gün formasında olduğunu bildirən Erön deyib:

"Qərbi Anadolu coğrafiyasında belə möhkəm məqbərə tapmaqda çox çətinlik çəkirik. Ellenistik dövr, yəni eramızdan əvvəl 300-350-ci illər arasında belə möhkəm bir kurqan memarlığına Qərbi Anadoluda yalnız bir neçə nümunədə rast gəlinir".

Dosent-doktor Aydın Erön o dövrdə İon sivilizasiyası daxilindəki Pygela məskunlaşma yeri olan bölgənin də Efesə yaxın yerləşdiyi üçün bu şəhərdən məskunlaşmalar qəbul etdiyinə diqqət çəkib.

Aydın vilayəti Mədəniyyət və Turizm müdiri Tuncer bildirib ki, kurqanın inşasındakı işçilik və tikinti texnikası quruluşun yüksək keyfiyyətə malik olduğunu göstərir.

Bölgədə elmi qazıntılara başlamaq üçün təşəbbüs göstərdiklərini vurğulayan Tuncer deyib:

"Məqbərənin böyüklüyü, tikinti mərhələsindəki işçilik, dəfn olunmuş şəxsin şəxsin sosial statusu ilə bağlı da ipucu verir. Bu, dövrün kralının dövrün ən yüksək səviyyəli idarəçilərindən biri və ya yüksək rütbəli bir komandirin dəfn edildiyini göstərir".



Әlaqәli Xәbәrlәr