Prezident Ərdoğan ingilis musiqiçi Yusuf İslamın konsertinə baxıb

Konsertdə prezident Ərdoğan və xanımı Əminə Ərdoğan, vitse-prezident Fuat Oktay, Prezident kabinetinin üzvləri Yusuf İslamın həyat yoldaşı Fauzia Mübarək Əli və oğlu Məhəmməd İslam da iştirak ediblər.

1897308
Prezident Ərdoğan ingilis musiqiçi Yusuf İslamın konsertinə baxıb
erdogan yusuf islam konser2.jpg
erdogan yusuf islam konser1.jpg
erdogan yusuf islam konser.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan ingilis musiqiçi Yusuf İslamın konsertinə baxıb.

1960-1970-ci illərdə "Cat Stevens" adlı albomları ilə iz buraxan, 1977-ci ildə müsəlmanlığı seçən və "Yusuf İslam" adını götürən ingilis sənətçi Ankarada Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edib. 

Konsertdə Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan, vitse-prezident Fuat Oktay, Prezident kabinetinin üzvləri Yusuf İslamın həyat yoldaşı Fauzia Mübarək Əli və oğlu Məhəmməd İslam da iştirak ediblər.

İngilis musiqiçi mahnılar arasında qonaqlarla söhbət də edib.

Konsertdə bir çox unudulmaz əsərlərini ifa edən ingilis musiqiçi Yusuf İslam bir saatdan çox səhnədə qalıb.

Konsertdən sonra Yusuf İslam prezident Ərdoğana gitara hədiyyə edib.

Əminə Ərdoğan sosial media hesabında etdiyi paylaşımında dünya şöhrətli musiqiçi Yusuf İslam və ailəsini Türkiyedə qonaq etməkdən çox məmnun olduqlarını bildirib:

"O, ümumbəşəri musiqi dilini əks etdirən əsərləri ilə qəlblərimizi riqqətə gətirdi. Xüsusilə də xalq şairimiz Yunus Əmrədən ilhamlanan mahnını heyranlıqla dinlədik" ifadələrdən istifadə edib.



Әlaqәli Xәbәrlәr