Bolqarıstan, Şimali Makedoniya və Monteneqro “Avroviziya-2023”də iştirak etməyəcək

Bolqarıstan, Şimali Makedoniya və Monteneqro İngiltərənin Liverpul şəhərində keçiriləcək “Avroviziya-2023” beynəxalq mahnı müsabiqəsində iştirak etməyəcəklərini açıqlayıb.

1895918

Müsabiqəni təşkil edən Avropa Yayım Birliyi və BBC-nin yayımladığı siyahıda sözügedən üç ölkənin adı çəkilməyib.
Məlumata görə, müsabiqədə ümumilikdə 37 ölkə iştirak edəcək.
Qeyd edək ki,müsabiqədə iştirak etmək istəyən ölkələr qeydiyyatdan keçməlidir və müəyyən edilən miqdarda ödəniş etməlidir. Ev sahibi ölkə də büdcəyə ayrıca töhfə verir.
Bolqarıstan Milli Televiziyasının (BNT) yeni qərarın səbəbləri ilə bağlı rəsmi açıqlama verəcəyi bildirilir.
Makedoniya Radio və Televiziyasının (MRT) bəyanatında deyilir: “Bu qərar enerji böhranı ilə əlaqədar artan xərclər səbəbindən vətəndaşlarımızın xeyrinə olacaq”. 
Monteneqronun milli radio və televiziya operatoru RTCG-nin bəyanatında deyilir : ''Sponsorlar qeydiyyat xərclərinin yüksək olması səbəbindən maraq göstərməyib. Bu səbəbdən biz vəsaitimizi həyata keçirdiyimiz müxtəlif  milli layihələrə ayıracağıq''.

Әlaqәli Xәbәrlәr