Yeni arxeoloji qazıntılar ortaya yeni faktlar çıxardı

Elmi Arxeoloji Qrupunun rəhbəri, İstanbul Universiteti Ədəbiyyat fakültəsi Eramızdan Əvvəlki Arxeologiya kafedrasının dosenti Semra Balcı builki qazıntıların başa çatdığını, seminarlarınsa davam etdiyini bildirərək deyib...

1872894
Yeni arxeoloji qazıntılar ortaya yeni faktlar çıxardı

 

  Türkiyənin Niğde rayonunun Kayırlı kəndindəki Sırçalıtəpə kurqanında aparılan arxeoloji qazıntı işlərində tapılan obsidian və sümük alətlər bölgədəki oturaq həyatın 9300 il əvvələ aid olduğunu ortaya çıxarıb.

  Elmi Arxeoloji Qrupunun rəhbəri, İstanbul Universiteti Ədəbiyyat fakültəsi Eramızdan Əvvəlki Arxeologiya kafedrasının dosenti Semra Balcı builki qazıntıların başa çatdığını, seminarlarınsa davam etdiyini bildirərək deyib: "Sahə araşdırmalarımızda yeni memarlıq məlumatları əldə etdik, həmçinin oturaq həyatın gündəlik fəaliyyətlərində istifadə edilən bəzi sümük və obsidian alətlər, o cümlədən bəzək əşyaları - muncuqlar tapdıq. Sümük alətlər arasında iynə və biz də var ki, bunlar daha çox səbətdə deşik açmaqda istifadə olunub.

  Sırçalıtəpədə iki nümunə üzərində radiokarbon təyinatı aparılıb ki, bununla onların 9600-9300 il əvvələ aid olduğu müəyyən edilib. Bu, deməyə əsas verir ki, Niğde rayonunda antik dövrə aid yaşayış məskəni olub.”



Әlaqәli Xәbәrlәr