"Elvis" filminin Türkiyə premyerası İstanbulda keçirildi
Rok-n-roll kralı Elvis Preslinin həyatından bəhs edən "Elvis" filminin Türkiyə premyerası İstanbuldakı "Capitol Spectrum Cineplex"də keçirilib.
1846642
Rok-n-roll kralı Elvis Preslinin həyatından bəhs edən "Elvis" filminin Türkiyə premyerası İstanbuldakı "Capitol Spectrum Cineplex"də keçirilib.
Premyerada “İstanbul Tribute Band” qrupu Elvis Preslinin unudulmaz mahnılarını səsləndirib.
"Warner Bros. Pictures” istehsalı filmin rejissoru Oskar mükafatlı rejissor Baz Luhrmandır.
Baş rollarda Ostin Batler və Oskar mükafatçısı Tom Henksin çəkildiyi film Elvis Preslinin həyatı və musiqisindən bəhs edir.
Film iyunun 24-də təqdim olunacaq.
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...