İsveçrədə Türk Mədəniyyəti Festivalı keçirilib
İsveçrənin Sürix şəhərində bu il ikinci dəfə təşkil edilən Türk Mədəniyyəti Festivalı ölkədə yaşayan türklərin də böyük marağına səbəb olub.
İsveçrənin Sürix şəhərində bu il ikinci dəfə təşkil edilən Türk Mədəniyyəti Festivalı ölkədə yaşayan türklərin də böyük marağına səbəb olub.
Təxminən 20 min insanın iştirak etdiyi festivalda türk mədəniyyətini əks etdirən ebru və şüşə sənəti ilə ənənəvi türk yeməklərini tanıtmaq üçün stendlər açılıb.
Türk Mədəniyyəti Festivalı iştirakçılar arasında təşkil edilən hədiyyə lotereyası ilə sona çatıb.
Qeyd edək ki, İsveçrə Türk Diyanət Vəqfi tərəfindən təşkil edilən festivalın birincisi 2018-ci ildə keçirilib. Yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən ikinci festival 3 il müddətinə təxirə salınıb.
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...