"Beynəlxalq TRT sənədli film mükafatları" nın qalibləri müəyyən olundu

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) bu il 13-cü dəfə təşkil etdiyi “Beynəlxalq TRT sənədli film mükafatları” TRT-nin  İstanbuldakı Tepebaşı studiyasında keçirilən mükafatlandırma mərasimi ilə başa çatıb.

1839145
"Beynəlxalq TRT sənədli film mükafatları" nın qalibləri müəyyən olundu

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) bu il 13-cü dəfə təşkil etdiyi “Beynəlxalq TRT sənədli film mükafatları” TRT-nin  İstanbuldakı Tepebaşı studiyasında keçirilən mükafatlandırma mərasimi ilə başa çatıb.

Tədbir milli və beynəlxalq sənədli film nümayişlərinin və öz sahələrindә mütəxəssis olan qonaqların iştirakı ilə keçirilib.

Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Demircan, TRT-nin baş direktoru Mehmet Zahid Sobacı, TRT rəhbərləri, mətbuat orqanlarının nümayәndәlәri iştirak ediblər.

Mәrasimdә açılış nitqi ilә çıxış edәn TRT-nin baş direktoru Mehmet Zahid Sobacı bu cür sənədli filmlərin sosial mənada mədəni müxtəlifliyi anlamaq, dünyada baş verənləri dərk etmək baxımından dəyərli olduğunu vurğuladı.

"Bu gün qlobal ədalətsizliyi bütövlükdə görə bildiyimiz yeganə platforma sənədli filmlərdir. Ölkəmiz qlobal ədalət uğrunda mübarizə apararkən, biz də sənədli filmlərimizlə dünyanın dünən və bu gün üzləşdiyi haqsızlıqları üzə çıxarır, humanitar yanaşmaya üstünlük veririk’’,-deyә Türkiyә Radio vә Televiziya Qurumunun baş direktoru qeyd edib.

Mehmet Zahid Sobacı 2021-ci ildә yeni növ koronavirus  (Covid-19) epidemiyası səbəbindәn  təxirə salınan mükafatladırma mәrasimlәrinin  bu il hәyata keçirildiyini və dünyanın müxtəlif yerlərindən çox dəyərli sənədli filmlərə ev sahibliyi etdiyini ifadә edib.

"İki il ərzində aldığımız 2618 müraciət tədbirimizə qlobal miqyasda göstərilən marağın bariz göstəricisidir. Unutmayın ki, real həyat qələbələr deyil, məna və ədalət mühitində davam edir. Biz bu sahədə məna və ədaləti genişləndirmək istəyirik’’,-deyә Mahmat Zahid Sobacı vurğulayıb.

Müsabiqədə mükafata layiq görülәn filmlər Feras Fayyad, Hilal Baydarov, Ensar Altay, Andaç Haznedaroğlu, Gökhan Tiryaki, Reis Çelik, Mahmut Fazıl Coşkun, Mehmet Bahadır Er, Serdar Akar və Zeynep Keçecilerin də olduğu münsiflər heyəti tərəfindən seçilib.

100-dən çox ölkədən 2618 layihənin müraciət etdiyi müsabiqədə 79 finalçı mükafat uğrunda mübarizə aparıb.

Milli və beynəlxalq müsabiqələrdə tələbə filmləri, peşəkar və layihə dəstəkli nominasiyalarında ümumilikdə 24 layihə mükafatlandırılıb.

"13-cü Beynəlxalq TRT sənədli film mükafatları" mərasiminin beynəlxalq filmlər kateqoriyasında "Ən yaxşı yənədli ilfm mükafatı"  Zofiya Kovalesvskә, Mədəniyyət və Turizm Nazirliyinin xüsusi mükafatı Peter Triestә və üçüncülük mükafatı da  Jian Fana tәqdim edilib.

“Ən yaxşı sənədli film müsabiqәsi’’ mükafatına Neşe Uğur Nohutçu, Mədəniyyət və Turizm Nazirliyinin xüsusi mükafatına Orhan Tekeoğlu, üçüncülük mükafatına isә Muhammet Beyazdağ layiq görülüb.

Beyza Yıldır, Gülperi Alkan, Ahmet Keçili, Orhan Dədə, Hasan Ete və Selin Aktaş  milli tələbə filmləri kateqoriyasında mükafata layiq görülüblәr.

"12-ci Beynəlxalq TRT sənədli film mükafatları"nın beynəlxalq filmlər kateqoriyasında ilә Radu Ciorniciuc, Waad Al-Kateab ve Edward Watts ile Ruud Lenssen, Ulusal Profesyonel Kategoride Zeki Subaşı, Sami Mermer ve Hind Benchekroun ile Şirin Bahar Demirel mükafata layiq görülüblər.

Fatih Ertekin, Harun Köybaşı, Alihan Erbaş ve Yağmur Kartal milli tələbə filmləri kateqoriyasında, Elif Yiğit Aygün, Murat Adıyaman və Zeki Subaşı isә layihә dәstәkli filmlәr kateqoriyasında mükafata layiq görülüblər.

 

 



Әlaqәli Xәbәrlәr