“Kədər üçbucağı” filminin dünya premyerası keçirilib
Türkiyə Radio və Televiziya Qurumunun (TRT) birgə istehsalı olan, “Qızıl Palma” mükafatı sahibi rejissor Ruben Östlundun yeni filmi “Kədər üçbucağı”nın dünya premyerası 75-ci Kann Film Festivalının əsas müsabiqə bölməsində baş tutub.
1830728
TRT xəbər verir ki, qalada TRT-nin baş direktor müavini Ziyad Varol da iştirak edib.
Türkiyə, İsveç, Fransa, ABŞ, İngiltərə, İsveçrə və Yunanıstanın birgə istehsalı olan film, gənc model cütlükləri Karl və Yayanın milyarder sərnişinlər olan super lüks kruiz ilə reallaşdırdıqları səyahət əsnasında yaşadıqları macəra təsvir edilib.
Qeyd edək ki, 75-ci Kann Film Festivalının mükafatları mayın 28-i axşam sahiblərinə təqdim ediləcək.
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...