“Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun XII iclası keçiriləcək

İştirakçı qismində iclasa dünyanın 30 ölkəsindən dövlət və ictimai xadimlər, dünya dinlərinin ruhani təsisatlarının liderləri, mədəni və elmi dairələrin, media ictimaiyyətinin nümayəndələri dəvət olunublar

1823503
“Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun XII iclası keçiriləcək

 

  Mayın 20-də Tatarıstan Respublikasının paytaxtı Kazanda “Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun XII iclası keçiriləcək. Yığıncağın mövzusu “Etnomədəni müxtəlifliyin, millətlərarası və dinlərarası həmrəyliyin qorunub saxlanmasının Rusiya təcrübəsi ümumvətəndaş identikliyinin möhkəmləndirilməsinin rəhnidir” adlanır.

  Diskussiyalarda ümumvətəndaş identikliyinin formalaşdırılmasının spesifik xüsusiyyətlərinin müasir dövlətin milli quruculuğunun təməli kimi nəzərdən keçirilməsi, etnomədəni müxtəlifliyin qorunub saxlanması üzrə qazanılanların kontekstləşdirilməsi, eləcə də sivilizasiyaların dialoqunun qurulmasında yerli və xarici təcrübə nəzərə alınmaqla, qlobal inkişaf trendləri baxımından aktual qərarların və təkliflərin müzakirəsi planlaşdırılır.

  İştirakçı qismində iclasa dünyanın 30 ölkəsindən dövlət və ictimai xadimlər, dünya dinlərinin ruhani təsisatlarının liderləri, mədəni və elmi dairələrin, media ictimaiyyətinin nümayəndələri dəvət olunublar.

  Görüşlərdə Tatarıstan respublikasının başçısı, “Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun sədri Rüstəm Minnixanov, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Marat Xusnulli, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İbrahim Taha və digərləri çıxış edəcəklər.

  Mayın 19-21-də “Rusiya – İslam dünyası: Kazan Sammiti 2022” XII Beynəlxalq İqtisadi Sammit və Volqa Bulqariyası xalqları tərəfindən islam dininin rəsmən qəbul edilməsinin 1100 illiyinə həsr edilmiş tədbirlər də təşkil olunacaq.

 



Әlaqәli Xәbәrlәr