Şuşa şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi

Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.

1805265
Şuşa şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi

Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.

Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyenin Bursa şəhərində keçirilən iclasında qəbul olunub.

İclasın Şuşa şəhərinin 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə bağlı videotəqdimat keçirilib.

Təqdimatda Avrasiyanın ən dilbər guşələrindən biri, Qafqazın incisi Şuşa şəhərinin tarixi, mədəniyyəti, müasir vəziyyəti, coğrafi quruluşu, tarixi şəxsiyyətləri, 44 günlük Vətən savaşı sayəsində düşməndən azad edilən qədim türk yurdunda aparılan quruculuq və yenidənqurma işləri əksini tapır.



Әlaqәli Xәbәrlәr