Kann kinofestivalı Rusiyadan rəsmi nümayəndə heyətini qəbul etməyəcək

Kann Film Festivalı Rusiyadan rəsmi nümayəndə heyətini qəbul etməyəcək. Bu barədə film festivalının təşkilatçıları məlumat yayıblar.

1788506

Festival tәşkilatçıları Ukrayna xalqını dәstәklәdiklәrini vә Rusiyanı qınadıqlarını bildiriblәr.

Mәlumatda bildirilib ki, müharibə Ukrayna xalqını qane edən şərtlərlə dayanmasa, Rusiyadan rəsmi nümayəndə heyəti  qәbul edilmәyәcәk.

Festival tәşkilatçıları Rusiyanın Ukraynaya etdiyi müdaxilәyә öz etirazını bildirәnlәri  tәbrik etdiklәrini dә vurğulayıblar.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.

Әlaqәli Xәbәrlәr