Özbəkistan Mədəniyyət Günləri çərçivəsində İstanbulda tədbir keçirilib

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə Özbəkistan Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı ilə Özbəkistan Mədəniyyət Günləri çərçivəsində İstanbulda tədbir keçirilib.

1748944
Özbəkistan Mədəniyyət Günləri çərçivəsində İstanbulda tədbir keçirilib

Özbək sənətçilərin konsert verdikləri tədbirdə Özbəkistana aid fotoşəkillər, nümayiş etdirilib.

Dünən İstanbul Dövlət Teatrı Məcidiyəköy Büyük Sahnedə start verilən tədbirdə Özbəkistanın mədəniyyət nazirinin müavini Olim Mirzəyev, İstanbul qubernatorunun müavini Özləm Bozkurt Gevrək, Özbəkistan səfiri Alişər Aqzamhodcaev, Özbəkistanın İstanbul baş konsulu Əmirsəid Aqzamhodcayev və Belarusun İstanbuldakı baş konsulu Aleksey Şved ilə yanaşı çox sayda dəvətli iştirak edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanladığı videomüraciəti ilə başlayan tədbir çərçivəsində Özbəkistanlı sənətçilər konsert verib. Özbək və Türk xalq musiqisindən əsərlərin ifa edildiyi konsertdə Navbahor Rəqs Ansamblı Özbəkistan xalq rəqslərindən nümunələr təqdim edib. Özbəkistanın tarixi abidələrindən və ictimai həyatından şəkillərin nümayiş etdirildiyi foto sərgisi açılıb.



Әlaqәli Xәbәrlәr