Ərəb xəttatlığı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) ərəb xəttatlığını Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib.

1747881
Ərəb xəttatlığı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərində xatırladılıb ki, “Ərəb xəttatlığı, bilik, bacarıq və təcrübələrin” siyahıya salınması üçün müraciət, Ər-Riyadın rəhbərliyi altında, Ərəb Liqası Təhsil Mədəniyyəti və Elm Təşkilatının nəzarətində 16 ərəb ölkəsinin iştirakı ilə reallaşdırıldı.

Səudiyyə Ərəbistanının mədəniyyət naziri Bədr İbn Abdullah İbn ərəb xəttatlığının YUNESKO-nun siyahısına daxil edilməsini yüksək qiymətləndirib və bunun YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına ərəb qəhvəsi və zəmzəm kimi məhsullardan sonra salınan 9-cu ünsür olduğunu bildirib.

Omanın rəsmi agentliyi "ONA"-da qeyd olunub ki, qərar hazırda Fransanın paytaxtı Parisdə keçirilən və dekabrın 18-dək davam edəcək Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin iclasında qəbul edilib.

 



Әlaqәli Xәbәrlәr