Göbəklitəpəyə turist axını artaraq davam edir

Şanlıurfada 12 min illik tarixi ilə “tarixin sıfır nöqtəsi” olaraq xarakterizə edilən Göbəklitəpə ilin 10 ayında təxminən 460 min turist tərəfindən ziyarət edilib.

1730756
Göbəklitəpəyə turist axını artaraq davam edir

Bu de indiyədək bölgəni ziyarət edən ən yüksək göstərici kimi qeydə alınıb. Günişığına çıxarıldığı gündən turistlərin diqqətini çəkən Göbəklitəpə hər il minlərlə yerli və xarici qonağa ev sahibliyi etməkdə davam edir.

Şanlıurfa Vilayət Mədəniyyət və Turizm Müdiri Aydın Aslan bu barədə məlumat yayıb. O qeyd edib ki, bu ilin 10 ayında Göbəklitəpəni ziyarət edənlərin sayı təxminən 460 min nəfərə çatıb. Hazırda Göbəklitəpəyə böyük maraq davam edir. 2021-ci ilin 10 ayında ziyarətçilərin sayı “Göbəklitəpə ili” elan edilən 2019-cu ilin 12 ayına müqayisədə daha çoxdur.



Әlaqәli Xәbәrlәr