Beynəlxalq Frankfurt Türk Filmləri Festivalı

21-ci Beynəlxalq Frankfurt Türk Filmləri Festivalı 25-30 oktyabr tarixlərində təşkil ediləcək.

1716136
Beynəlxalq Frankfurt Türk Filmləri Festivalı

21-ci Beynəlxalq Frankfurt Türk Filmləri Festivalı 25-30 oktyabr tarixlərində təşkil ediləcək.
Hüseyn Sıtkının başçılıq etdiyi Mədəniyyətlərarası Transfer Dərnəyinin təşkil etdiyi festival çərçivəsində 25-ə yaxın türk, alman və fransız filmi tamaşaçılara təqdim olunacaq.

Filmlər "CineStar Metropolis", Alman Film Muzeyi və Film Forumu "Höchst", "Mühlheim am Main", "Rodgau-Jugesheim, Frankfurt am Main", "Offenbach am Main", "Michelstadt", "Rödermark" kinoteatrlarında və "JVA Preungesheim Frankfurt am Main" həbsxanasında nümayiş olunacaq.

Cari il Türkiyə layihə ortağı olaraq dəstək verən "FILM-SAN" Vəqfi əməkdaşlığı ilə 21-ci dəfə "Qızıl alma" mükafatları sahiblərinə təqdim olunacaq.

Festivalda 2021 Ömür Boyu Nailiyyət Mükafatları Halil Ergün və Suna Yıldızoğluna, Sadiqlik Mükafatı isə Bilge Olgaça veriləcək.

Türk və alman rejissorlardan ibarət seçim komitəsi" "Uzun metraj Türkiyə jürisi", "Uzun metraj Almaniya jürisi" "Sənədli film jürisi" və "Türk-Alman qısa film jürisi" festival çərçivəsində 7 kateqoriyada "Qızıl alma" kino mükafatlarının sahiblərini müəyyən edəcək.



Әlaqәli Xәbәrlәr