Təpəcik kurqanından 3500 il əvvələ aid dulusçu sobası çıxdı

Bölgədəki arxeoloji qazıntı işlərinə 2004-cü ildən rəhbərlik edən Hacettepe Universiteti Arxeologiya bölümünün müəllimi, professor Sevinc Günel sözügedən mövzu ilə bağlı deyib...

1695949
Təpəcik kurqanından 3500 il əvvələ aid dulusçu sobası çıxdı

 

  Türkiyənin Aydın şəhərinin Çinə qəsəbəsində qədim ticarət mərkəzi kimi tanınan Təpəcik kurqanında (Tepecik Höyüğü) 3500 il əvvələ aid dulusçu sobası ortaya çıxarılıb.

  Bölgədəki arxeoloji qazıntı işlərinə 2004-cü ildən rəhbərlik edən Hacettepe Universiteti Arxeologiya bölümünün müəllimi, professor Sevinc Günel sözügedən mövzu ilə bağlı deyib: “Təpəcik kurqanında 17 ildir sürən qazıntı işlərində 3 qüllə, dövrün idarəçilərinin rəsmi ziyarətlərdə hədiyyə verdikləri əşyalar və yaxınlarda dulusçuluq sobası gün yüzünə çıxarılıb.

  Təpəcikdə hər zamana aid həyat izlərinə rast gəlinir ki, bu da bölgənin yerləşdiyi coğrafiyanın böyük bir iqtisadi mərkəz olduğunun əlamətlərindəndir.

  Burada Kalkolitik dövrünə (miladdan əvvəl 5000-3000 il) uzanan bir yaşayış məskəni var.

  Qazıntı işlərində bu il şəhərin ticarətində əhəmiyyətli rol oynamış  dulusçuluq məhsullarının hazırlandığı sahə aşkarladıq. Ərazidə 3500 il əvvələ aid arxitektura qalıqları var. Tapılan qalıqlar əsasında təsbit etdik ki, burada dulusçuluq sobası olub. Sərt plomb kərpic döşəmələrində dulusçuluq parçaları mövcuddur, ətrafında da qablar var.

  Dulusçuluq sobası hələlik 3 metrlik sahədə görünür. Bundan sonra əldə olunacaq tapıntılarla bölgədəki ticarətin ölçülərini görməyə çalışacağıq.

  Arxeoloji sahənin 20 metr qarşısında bir əşya anbarı da ortaya çıxdı.”



Әlaqәli Xәbәrlәr