İstanbulda “15 İyul Demokratiya və Milli Birlik Günü” sərgisi açıldı

Türk millətinin mübarizə əzmini əks etdirən fotoşəkillərdən ibarət “15 İyul Demokratiya və Milli Birlik Günü” sərgisi İstanbul Hava Limanında açıldı.

1675334
İstanbulda “15 İyul Demokratiya və Milli Birlik Günü” sərgisi açıldı

Türk xalqının Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul 2016-cı il tarixli xain çevriliş cəhdinə qarşı iradəsini göstərən sərgidə həmin gecə yaşananlar ilə şəhid olan vətəndaşların fotoları sərgilənib.

Gənc, qoca, qadın, kişi olmaqla 7 ilə 70 yaş arasında Milyonlarla vətəndaşın, “milli iradə” üçün qiyamını göstərən fotoşəkil sərgisində 15 İyul gecəsinin bəzi şəhid və qazilərinə məxsus köynək, motosiklet dəbilqələri kimi materiallar da sərgilənir. Sərgi 20 iyul tarixinə qədər sərnişinlər və hava limanı işçilərinin ziyarətinə açıq olacaq.

“15 İyul Demokratiya və Milli Birlik Günü” münasibəti ilə İstanbul Hava limanı Hava Trafik İdarə Qülləsi Türk bayrağının rəngləri ilə işıqlandırılıb.



Әlaqәli Xәbәrlәr