74-cü Kann Film Festivalı başladı

Kann film Festivalına münsiflər heyətinin rəhbəri Spike Lee, Cənubi Koreyalı rejissor Bong Joon-ho, Amerikalı aktyor Jodie Foster və İspan rejissor Pedro Almodovar tərəfindən Koreya, İspan, Fransız və İngilis dillərində elanlarla start verilib.

1671519
74-cü Kann Film Festivalı başladı

 2020-ci ildə yeni növ koronavirus (Kovid-19) əleyhinə mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlər səbəbiylə ləğv edilən festivalın açılışında Fransız rejissor Leos Caraxın “Annette” filmi nümayiş olundu.

Açılış mərasimində, keçən il Palma d'Or (Qızıl Palma) qazanan Parazit (Parasite) filminin rejissoru Bong Joon Ho və Kann film festivalına ilk dəfə 13 yaşında Martin Scorsesenin “Taksi sürücüsü”  filmi ilə qatılan Jodie Foster fəxri qonaq kimi iştirak ediblər.

Festival, Kovid-19 epidemiyasından sonra qlobal kinonu geniş miqyasda canlandırmaq məqsədi daşıyır.

Amerikalı rejissor Spike Lee-nin münsiflər heyətinə rəhbərlik edəcəyi festivalda 24 film “Qızıl Palma” uğrunda yarışacaq.

Xatırladaq ki, May ayında keçirilməsi planlaşdırılan 74-cü Kann Film Festivalı, Kovid-19 epidemiyası səbəbiylə 6-17 iyul tarixlərinə təxirə salındı.



Әlaqәli Xәbәrlәr