28-ci İstanbul Caz Festivalı 1 sentyabrdan başlanır

İstanbul Mədəniyyət və İncəsənət Fondu (İMSV) tərəfindən Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən İstanbul Caz Festivalı çərçivəsində 40-a yaxın konsert veriləcək və müxtəlif tədbirlir keçiriləcək

1663248
28-ci İstanbul Caz Festivalı 1 sentyabrdan başlanır

 

  İstanbul Mədəniyyət və İncəsənət Fondu (İMSV) tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən İstanbul Caz Festivalı çərçivəsində 40-a yaxın konsert veriləcək və müxtəlif tədbirlir keçiriləcək.

  24 gün açıq hava məkanlarında davam edəcək festivalda çıxış edəcək sənətçilər arasında 4 "Grammy" mükafatının sahibi, "Afrika musiqisinin kraliçası" Ancelika Kidco (Angelique Kidjo), Kənan Doğulu, Avropa cazının aparıcı alto saksafonçularından Stefano de Battista, hollandiyalı musiqiçi və prodüser Niels Brus, keçən il "Grammy" mükafatına namizədlər Matiz, Karsu və Arlo Parks var. 

  Festivalın pulsuz Parklarda Caz konsertlərinə bu il İstanbul Böyükşəhər Bələdiyyəsinin əməkdaşlığı ilə təşkil ediləcək “İstanbul Bir Sahne” konsertləri də daxil ediləcək. Tədbirin builki “Ömür boyu uğur” mükafatı müğənni Tülay Germana təqdim olunacaq. 

  Festival haqqında daha ətraflı məlumatı caz.iksv.org.tr ünvanından əldə ütmək mümkündür. 



Әlaqәli Xәbәrlәr