Türkiyənin ilk robot aktrisası Aypera

Türkiyənin ilk robot aktrisası Aypera “Contemporary Istanbul” sənət mərkəzində nümayiş etdirilir.

1651027
Türkiyənin ilk robot aktrisası Aypera
aypera robot.jpg
aypera robot.jpg

Türkiyənin ilk robot aktrisası Aypera “Contemporary Istanbul” sənət mərkəzində nümayiş etdirilir.

"MinT" dizayn mərkəzinin layihəsi olan Türkiyənin ilk robot aktrisası Aypera həm sərgidə, həm də sosial mediada maraqla qarşılanıb.

Ayperanın iştirakı ilə “Digital Human” filmini çəkəcəyini bildirən rejissor və ssenarist Birol Güven robot aktrisanın filmlərdə və reklamlarda çəkiləcəyini, mahnı söyləyəcəyini bildirib. Rejissor layihənin hazırlanmasında əsas məqsədin onu dünyada tanıdaraq, eləcə də ixracatını həyata keçirmək olduğunu deyib.

Konsert təklifləri də alan, yay aylarında konsert verməsi üçün müqavilə imzalaması gözlənilən Aypera 6 iyuna qədər "Contemporary Istanbul"un Plugin bölməsində izlənə biləcək.



Әlaqәli Xәbәrlәr