Kolumbiyada ən çox izlənilən Türkiyə serialları

Latın Amerikası film izləmə nisbətlərini ölçmək üzrə məsul şirkət “Canal Carcol”un yaydığı məlumata görə...

1646327
Kolumbiyada ən çox izlənilən Türkiyə serialları

 

  Türkiyədə 2014-cü ilin 15 sentyabrından yayımlanan və 2019-cu ilin 10 iyun tarixində finala gedən “Əlif” (Elif) serialı Kolumbiyada xarici dram filmləri arasında gün ərzində ən çox izlənilən Türkiyə seriallarından sayılır.

  Latın Amerikası film izləmə nisbətlərini ölçmək üzrə məsul şirkət “Canal Carcol”un yaydığı məlumata görə, “Əlif” serialı 4,8 balla ölkədə 9-cu yerdədir. Bu da yayımlandığı saat diliminə nəzərən böyük uğur hesab edilir.

  Televiziya analizi mütəxəssisi Omar Rinkon Türkiyə seriallarının maraqlı ssenariləri olduğunu və tamaşaçını ekrana kilidləməyi bacardığını dilə gətirib.

  Qeyd edək ki, Kolumbiya Türkiyənin Latın Amerikasında ən çox serial ixrac etdiyi ölkələrdən biridir. Ölkədə ən çox izlənilən Türkiyə serialları "Cəsur və Gözəl" (Cesur ve Güzel), "Fəzilət xanım və qızları" (Fazilet Hanım ve Kızları), "Min bir gecə" (Binbir Gece), "Qara pul eşq" (Kara Para Aşk), "Fatma Gülün günahı nədir" (Fatma Gül'ün Suçu Ne), "Adını Fəriha qoydum" (Adını Feriha Koydum), "Əzəl" (Ezel) və "Möhtəşəm əsr"dir (Muhteşem Yüzyıl).

  Türkiyə seriallarının son illər cəmiyyətdə böyük tamaşaçı kütləsi qazanması nəticəsində kolumbiyalılar uşaqlarına türk adları verir, türk dili kurslarına gedirlər.



Әlaqәli Xәbәrlәr